05.12.2012 [12:25] - İdman
Ermənistanın paytaxtı İrəvanda təşkil olunan gənclər arasında boks üzrə dünya çempionatında bu gün 1/4 final qarşılaşmaları keçirilir.
Davam.az xəbər verir ki, bu mərhələdə üç boksuçumuz mübarizəyə qoşulub.
64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov litvalı Eymantas Stanionisə 3:1 (3:1, 5:4, 5:2) hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Bununla da o, ən azı bürünc medalı özü üçün təmin edib.
Digər görüşdə 75 kq çəkidə yarışan Orxan Mayıllı Daulet Bayqabatovla (Qazaxıstan) üz-üzə gəlib və 6:8 (1:2, 3:4, 2:2) hesabı ilə uduzub.
91 kq çəkidə yarışan Rahil Məmmədli isə yarımfinala vəsiqə uğrunda ingiltərəli Daniel Uilyamsla qarşılaşıb. Görüş İngiltərə boksçusunun qələbəsi ilə başa çatıb.

Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |