02.06.2021 [10:24] - Sosial
Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim olunan qanun layihəsi koronavirus peyvəndi istehsalçılarına ƏDV-ni bildiriş qaydasında əvəzləşdirməyə imkan yaradacaq.
Belə bir təşəbbüsün başlıca məqsədi dövriyyədə olan vəsaitlərin yerinin doldurulması, peyvənd istehsalının və tədarükünün əhəmiyyətli həcmlərdə artması zərurəti yarandıqda istehsalçıların xərclərinin azaldılmasıdır.
Qanun layihəsinə əsasən, rübün yekununda vergi çıxılmalarının məbləği şirkətin hesablanmış ƏDV-sindən artıq olduqda fərqi büdcədən əvəzləşdirmək mümkün olacaq. Bu cür vəziyyətlər ixrac əməliyyatları zamanı və 20 faizlik dərəcə ilə alınmış məhsulların 10 faizlik dərəcə ilə satılması zamanı yaranır.
Hökumət peyvənd istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsini 2021-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sadələşdirməyi təklif edib. Bunun nəticəsində peyvənd istehsalçıları vergi bəyannaməsi yoxlanışının başa çatmasını gözləmədən ƏDV-ni əvəzləşdirə biləcəklər.

Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |