05.12.2012 [13:49] - Gündəm, DAVAMın yazıları
İşıqlı Atalı
Dekabrın 5-də dahi türk şairi Hüseyn Cavidin ölümündən 71 il ötür. Azərbaycan ruhunu, türk mənəviyyatını bəşəri dəyərlər olaraq əsərlərində böyük bir sevgiylə, bənzərsiz səviyyədə ifadə edən Cavidin tükənməz yaradıcılıq dünyası haqqında danışmağa gərək var. Təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, XX yüzil dünya ədəbiyyatında özünəməxsus mövqeyi olan, əsərlərində Şərqi və bəşəri dəyərləri qoruyan Hüseyn Cavid yaradıcılığının özəlliklə indiki gərgin, ruhsuz, inamsız çağda insanlar tərəfindən öyrənilməsi, ömürləşməsi gərəkdir.
Onun irsi başdan-başa insana sevgi üstədir. Bu gün Hüseyn Cavid idealları ömürlərə ardıcıl yazılmalı, yaşanmalıdır. Cavidin yaradıcılığı ilə ömrü arasında təzad yoxdur. Əslində onu hər kəsə sevdirən bu cəhətidir.
***
Cavid 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə DTK tərəfindən evindən aparılıb. 1937-1939-cu illərdə Bayıl, Keşlə və DTK kameralarında görünməmiş əzab-əziyyətə, hər cür basqılara məruz qalıb.
NKVD-nin xüsusi idarəsi 1939-cu il iyunun 9-da “gizli antisovet fəaliyyətinə görə” ona 8 il iş kəsib.
1939-1941-ci o, illərdə Maqadana sürgün olunur, yüzlərlə məhbus kimi ağır işlərdə çalışır. Ruhu güclü, cismi zəifləmiş Cavidin ayaqlarını Sibir şaxtası aparır, gözləri daha da zəifləyir. Onu İrkutsk vilayətinin Tayşet rayonundan 75 km aralıda yerləşən Şevçenko kəndindəki 21 saylı əlillər evinə gətirirlər. 1941-ci ilin 17 noyabrında bura gələn Cavid çox yaşamır. Həmin il dekabrın 5-də vəfat edir. Meyiti iki gün əlillər evində qalır. Dekabrın 7-də onu qara adyala bükərək palıddan düzəldilmiş taxta tabutda torpağa gömürlər: başı Şərqə tərəf qoyulan Cavid 2 metr dərinlikdə basdırılır.
***
1920-30-cu illərdə xalqımızın başına gətirilən dəhşətlər mahiyyətcə terrorun bütün çalarlarını özündə daşıyırdı.
Terrorun yaratdığı psixologiya son dərəcə qəlizdir: insanlar daim qorxu, narahatlıq, həyəcan içərisində yaşayırlar. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra baş verənlər xalqımızın yeni faciələri idi. Xalqın əzilməsi, hər yolla varlığının təhdid olunması, ziyalıların sındırılması, yox edilməsi zamanın amansız, sınaqdan çıxmış qaydaları idi. İmperiya üçün insanlıq adına heç nə yox idi, bu üzdən də Moskva Azərbaycana istədiyini edirdi.
***
1920-ci il 28 aprel işğalından sonra Rusiya Azərbaycanda illərlə həbslər apardı, dəhşətli ölümlər törətdi. 1937-ci ildə zərbə daha çox xalqın ədəbiyyat adamlarına dəydi. İmperiya əlindən gələni etdi ki, xalqın ruhunu bütünlüklə sarsıtsın.
İnam Ata yazır: “1920-ci ildə xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini yedilər”. Habelə Ata 1937-ci ili “Şaqqalanan ümid” adlandırır.
1930-cu illərdən rəsmi Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların yox edilməsi planını ustalıqla hazırladı və həyata keçirdi.
***
1920-ci illərdə özülü qoyulan, 1930-cu illərdə genişlənən sovet ədəbiyyatı əbədiyyəti təsdiq edən insanlar yetirə bilmədi. Sovet ədəbiyyatının insanları zaman, şərait əhvallı idilər. Dövranın gurultulu, həşirli əhvalları ədəbiyyata gəldi, əbədiyyətə xidmət etməli olan ədəbiyyat mahiyyətcə sovet ideologiyasının xidmətçisinə çevrildi.
Yaradıcılıqları sovet dönəmində davam edən Hüseyn Cavid, Cəfər Cabbarlı isə zamandan üstünlüklərinə görə bu gün də yaşayırlar.
***
37-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli qorxu yaratdı ki, bu gün də o, sovuşmayıb. Nə qədər acı səslənsə də, bu, gerçəkdir: 37-ci il repressiyaları zamanı bir-birini satanlar, xəyanətlər bolluğunda insanların simasızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi. Mikayıl Müşfiqlərin Məmməd Rahimlər tərəfindən basqılara məruz qalması, müxtəlif adlarla çağırılması, bunun ictimaiyyətə hay-küylə təqdim edilməsi, onların tutulması üçün imkan yaratmış oldu.
Düzdür, çətin, amansız çağ idi, ancaq o dönəmdə ziyalı əyilməsəydi, satqınlıq etməsəydi, imperiya Cavidlərin başını kəsə bilməyəcəkdi.
***
Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabrında başlanan ucdantutma həbsləri dəhşətli qorxunun yeni, daha qanlı mərhələsi oldu.
1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış yaradıcı adamları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.
Əslində tanınmış marksist fəlsəfəçisi Heydər Hüseynov da repressiyaya məruz qalmışdı. İdrakı ona deyirdi ki, ləyaqəti yalnız zamandan, gedişatdan uca olmaqla qorumaq mümkündür. Öncə sürətlə vəzifədən uzaqlaşdırıldı, sonra isə cəmiyyətdə onun gözdən salınmasına başlanıldı. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da düyünlənməsinə səbəb oldu. Nəticədə psixi durumu gərgin olan Heydər Hüseynov 42 yaşında intihar etdi.
Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər anlamda qadağalar qoyulması onların yaradıcılıqlarına, hər şeydən öncə isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dönəmində yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi.
***
Hüseyn Cavid öz qəhrəmanlarının taleyini yaşadı: zamanın tələbinə boyun əymədi, sonadək dəyişməz qaldı. Tutatut dönəmində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları öldürüldü. Həmin fərdlərin yaradıcılığının imperiya yönündə köklənməsi üçün onların qarşısında amansız şərtlər qoyulurdu. Bu tipli yüksək bədii-yaradıcı keyfiyyətlərini özündə daşıyan insanların müəyyən dönəmdən sonra stress, psixoloji gərginliklər ucbatından rastlaşdıqları xəstəliklər ictimaiyyətə aydındır.
***
Mahiyyətcə, ölməzlərin cismani ölümü yoxdur. “Cavid” əbədi, ölməz deməkdir. Onu Cavid edən isə bütün həyatını ölməzlik duyğusuyla yaşaması, yaratması oldu!

Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |