03.06.2021 [11:03] - Gündəm, Sosial
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi Qələbəsi ilə nəticələnib.
2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparıblar.
İtkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək meyitləri aidiyyəti üzrə verilib.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |