Şrift:
Demə, Avropada da rüşvət var…
05.12.2012 [14:33] - Sosial
Avstriyanın hüquq-mühafizə orqanları Almaniyanın Münhen prokurorluğu ilə əməkdaşlıqda nəhəng korrupsiya sistemini ifşa etmişdir.

Korrupsiya sisteminə Avstriya müdafiə nazirliyinin yüksək vəzifəliləri, həmçinin, EADS Avropa Aerokosmik və Müdafiə Konserninin (mənzil-qərargahı Almaniyada yerləşir) məmurları daxil idilər.
2007-ci ilin iyununda Avstriya Müdafiə Nazirliyi EADS Konserni ilə ümumi dəyəri 1.63 milyard avro olan 15 ədəd çoxməqsədli Eurofighter qırıcı təyyarələrinin alınması barədə müqavilə bağlamışlar. Müqavilənin bütün şərtləri 2009-cu ildə yerinə yetirildi. Lakin 2008-ci ilin ortalarında Avstriya prokurorluğu ingilis həmkarlarından belə bir məxfi məlumat aldı ki, İngiltərənin BAE Systems korporasiyasının müşaviri Alfons Menstorf – Puyi (Alfons Mensdorff-Pouilly) tərəfindən Eurofigther-in alınması müqaviləsi əməliyyatına görə, Avstriya Müdafiə Nazirliyi məmurların EADS menecerlərin bank hesablarına milyonlarla avro məbləğində rüşvətlər oturulmuşdur.
Menstrof-Puyi əvvəllər də 1999-2006-cı illərdə Çexiya və Macarıstan tərəfindən İsveçin SAAB Gripen qırıcı təyyarələrinin alınması ilə bağlı korrupsiya qalmaqalında ifşa olunduğuna görə, 2009-cu ilin fevralında onu həbs etdilər. İstintaq zamanı müəyyən olundu ki, Menstorf –Puyi BAE Systems Korporosiyasını Avstriya Müdafiə Nazirliyindən və digər ölkələrdən sifarişlərlə təmin edərək sifarişçi qismində çıxış edən dövlət məmurlarını və korporosiya menecerlərinə böyük miqdarda rüşvətlər vəd etmişdi. İstintaqa cəlb edilmiş BAE Systems Korporosiyasının nümayəndələri öz günahlarını etiraf etdilər və Britaniya prokurorluğu ilə belə bir şifahi razılıq bağladılar ki, bunun müqabilində 280 milyon funt-sterlinqi (354 milyon avronu) cərimə kimi dövlətə qaytarırdılar. Cinayət işi xətm edildi və hətta 5 həftə istintaq təcridxanasında saxlanılan Menstorf-Puyi azad olundu. Lakin indi bu dəllalın adı Eurofighter qırıcı təyyarələri ilə bağlı işdə hallanmağa başladı.
Hal-hazırda Avstriya prokurorluğunda olan faktlara görə, həmin sövdələşmənin arxasında ümumi məbləği 70 milyon avro olan rüşvət dururdu. Həmin məbləğin 4 milyon avrosu EADS menecerlərinə çatmışdı. Prokurorluğun açıqlamasına görə, rəqəm hələ ki nisbidir və ola bilsin, rüşvətin miqdarı 110 milyon avroya çatsın. Bəzi mülahizələrə görə, rüşvətin böyük qismi Avstriya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının məxfi hesablarında oturmuşdur.
Hələlik isə prokurorluq EADS-ın orta təbəqədən olan 13 menecerinə qarşı dələduzluq, vəzifədən sui-istifadə və qeyri-leqal pulların qanuniləşdirilməsində ittiham olunmuşlar. Ötən həftə EADS-ın Ottoburn şəhərindəki (Münhenin yaxınlığında) mənzil-qərargahında axtarış aparılmışdı. Həmçinin, Konsernin Avstirya və İsveçrədəki şöbələri də yerli prokurorluq tərəfindən yoxlanılıb.
EADS-ın başçısı Tomas Enders hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. KİV-ə verdiyi açıqlamada EADS-ın prezidenti bildirmişdir: «Korporasiyanın menecerlərinin cinayəti bütün müəssisənin imicinə kölgə salmışdır. Onlar cəzalandırılmalıdırlar! İstənilən səviyyədəki əməkdaşlarımızdan qanunsuz hərəkətlərinə dözümsüzlük göstərəcəyik».
Lins Universitetindən olan avstriyalı iqtisadçı Fridrix Şnayderin (Friedrich Schneider) hesablamalarına görə, 2012-ci il ərzində Almaniyadakı korrupsiya və rüşvətxorluq ölkə iqtisadiyyatına 250 milyard avro ziyan vurmuşdur. Alimin fikrincə, korrupsiya ilə mübarizədə iki effektiv metod var: 1. günahkarların kəskin cəzalandırılması; 2. dövlət məmurlarının maaşlarının qaldırılmasıdır.

Kərim Fikrətoğlu
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed