Şrift:
Məliha Əzizpur: Güney Azərbaycanda sandıq ədəbiyyatı dövrü yaşanılır
05.12.2012 [16:58] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Güney Azərbaycanlı ədəbiyyatşünas və tənqidçi Məliha Əzizpur Amerikanın Səsinə müsahibədə güneyli yazıçıların əsərlərindən ibarət kitabın çapdan çıxmasına şərh verib. Xoy şəhərindən olan Həmid Alqışın redaktorluğu altında Türkiyədə dərc edilmiş kitabda 40-a yaxın güneyi yazarların o cümlədən Gəncəli Səbahi, Səməd Behrəngi, Toğrul Atabəy və Əlif Nuranlının hekayələri cizgiləndirilir.

Məliha xanımın sözlərinə görə bu kitabda İran Azərbaycanının sosial-mədəni problemləri, ictimai durumu ətraflı təsvir olunur. Bu kitabda habelə 1945-46 –cı illərdə Seyid Cəfər Pişəvəri hökuməti dönəmindəki islahatlardan, milli oyanışdan bəhs olunur. Təsadüfi deyil ki, kitab İran İslam Respublikasında deyil, Türkiyədə işıq üzü görüb.

“Güney Azərbaycanı sandıq ədəbiyyatı dövrünü yaşayır,” deyə Məliha Əzizpur Amerikanın Səsinə bildirib. O, əlavə edib ki, İran Azərbaycanında molla rejiminin tətbiq etdiyi sərt sanksiyalar əksər əsərlərin çapa çıxmasının qarşısını alır. İranda dərc olunan azərbaycanlı müəfflilərin əsərləri yalnız İslam Respublikasının senzorlarının təsdiqini almış əsərlərdir və belə olaraq, onlar Azərbaycan ədəbiyyatının reallığını əks etdirmir.
Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed