07.06.2021 [14:20] - Xəbərlər, Türk dünyası-Turan
Tacikistanda səfərdə olan Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda və investisiya və xarici ticarət naziri Şerali Kabirlə görüşüb
Görüşdə ölkələr arasında əmtəə mübadiləsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunub.
Danışıqlarda birgə müəssisələrin və azad iqtisadi zonaların yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu ilin 4 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb və 133 milyon dollara çatıb.
Tərəflər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Tacikistana rəsmi səfərinə hazırlıq məsələlərini də müzakirə ediblər.

Bu xəbər oxucular tərəfindən 2303 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |