Şrift:
İran casusları Türk pasportu ilə yaxalandı
06.12.2012 [10:25] - Gündəm, Güney Azərbaycan xəbərləri, Hadisə
Liviyada Türk pasportu ilə 6 İran agenti (casus) yaxalandı. Onların ikisinin “Sakinə” və “Saniyə” kimi qadın adları daşıdığı məlum olub. Agentlərin Liviyada türk vətəndaşları adı altında iğtişaş törətmək niyyətləri də ortaya çıxıb.
Məlumata görə, iranlı agentlərin üzə çıxamasına məhz “Sakinə” və”Saniyə”nin özünü şübhəli aparması səbəb olub. Şübhəliləri sorğuya alan kimi İran səfirliyi məsələyə qarışıb və agentlərin iranlı olduğunu Liviya rəsmilərinə çatdırıb.
Türkiyə səfirliyi və Xarici İşlər Naziliyinin vasitəçiliyi ilə Milli Təhlükəsizlik Nazirliyinə təcili kodlu xəbərdarlıq göndərilib. Beləliklə, Suriya ilə bağlı mövcud gərginliklə yanaşı, Liviya-Türkiyə-İran üçlüyü arasında yeni böhranlı anlar yaşanıb.
Son məlumatlara görə, Liviya təhlükəsizlik gücləri altı nəfəri sorğuya alıb. Sorğuda məlum olub ki, altı nəfərin hamısı iranlı agentdir. Türklərə Liviyada göstərilən hörmət və sərbəst dolaşa bilmə imkanı verildiyi üçün agentlər bundan istifadə ediblər. Onlar şəkillərini dəyişərək türk vətəndaşı olduqlarını göstəriblər.
İstintaq zamanı onların qeyri-qnuni təşkılatlarla birgə Liviyada sensasion (cəncali) iğtişaşlar törədəcəyi bəlli olub. Bildirilir ki, mövcud məsələ üzərində Türkiyə Təhlükəsizlik Nazirliyi ilə Liviya Təhlükəsizlik Nazirliyi birgə işləyir.
Liviya rəsmiləri isə agentlərin daha çox olduğunu və bununla bağlı araşdırmaların aparıldığını deyiblər.
Bu xəbər oxucular tərəfindən 1575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed