09.06.2021 [10:05] - Gündəm, İdman
Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstan KİV-ləri Bakıda keçirilən Formula 1 yarışını geniş işıqlandırıb.
KİV-lərdə koronavirus pandemiyasının tam başa çatmamasına baxmayaraq, Azərbaycanın bu yarışı yüksək səviyyədə keçirildiyi bildirilir. Qeyd olunur ki, 20 döngəli və 6 kilometrdən bir qədər çox uzunluğa malik Bakı şəhər halqasının hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət komandanın son dörd ayda xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərindəki bütün tikililər Əməliyyat Şirkəti ilə Formula 1 işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub. Bildirilib ki, ötən həftə Monakoda baş tutmuş Maks Ferstappen və komandası “Red Bull Racing” keçən ilin çempionu və mühəndislər kubokunun sahibi Luis Hemilton və komandası “Mercedes AMG Petronas” üzərində üstünlük qazandıqdan sonra çempionatdakı mübarizə Azərbaycandakı yarışda daha da rəqabətli olub.

Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |