Şrift:
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb
09.06.2021 [10:16] - Xəbərlər, Mədəniyyət
Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası OSTİM Texniki Universitetinin rektoru Murat Ali Yülekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı təhsil naziri Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən fəaliyyətdə OSTİM Texniki Universitetinin mümkün rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, OSTİM Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında ikili diplom proqramları, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed