09.06.2021 [10:43] - Gündəm, Mədəniyyət
Zoologiya İnstitutu Quru onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərovun həmmüəllifi olduğu “İri yırtıcıların populyasiyasını bərpa etmək üçün onların öldürülmə hallarını azaltmaq qida bazasını bərpa etməkdən daha effektivdir” (Reducing persecution is more effective for restoring large carnivores than restoring their prey) məqaləsi impakt faktorlu “Ecological Applications” jurnalında dərc olunub.
Bu barədə Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalə Qafqazda nadir və nəsli təhlükədə olan iri yırtıcı məməlilərin sayının artırılması modellərinin müzakirəsinə həsr olunub. Modellər heyvanların ovlanmasının qarşısını almaq və yem bazasını artırmaq şərti ilə Qafqaz regionu və İranın şimalını əhatə edən ərazidə (737 min kv km) növbəti yüz il müddətində bəbir populyasiyasını bərpa edərək 1000 (bir min) bəbirin yaşamasına nail olmağın mümkünlüyünü göstərir.
Qeyd edək ki, Elşad Əsgərov pandemiya dövründə 3 kitab, 11 məqalənin həmmüəllifi olub, daha 3 məqaləni isə çapa təqdim edib. Bu əsərlərin yalnız biri Azərbaycanda, qalanı isə xaricdə yüksək reytinqli jurnallarda dərc olunub.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |