Şrift:
Azərbaycan ilə Türkiyə arasında idman könüllülüyü mövzusunda onlayn beynəlxalq konfrans keçirilib
11.06.2021 [13:44] - Gündəm, İdman
Türkiyənin "Gənclik və İdman Könüllüləri Dərnəyi" və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Türkiyə və Azərbaycanda idman könüllülüyü" mövzusunda onlayn konfrans reallaşıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından bildiriblər ki, 500-ə yaxın iştirakçının qoşulduğu görüşdə hər iki ölkəni təmsil edən könüllülər, eləcə də könüllülük sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edib.

Konfransda tərəflər “Gənclik və İdman Könüllüləri Dərnəyinin fəaliyyətləri”, “2023 Avropa Atletizm Çempionatına hazırlıqlar”, “Türkiyə və Azərbaycanda könüllülük fəaliyyətləri”, “Azərbaycanda idman könüllülüyü – Formula 1 və Avro 2020 könüllülük proqramları”, “Azərbaycanda könüllülük və karyera imkanları” mövzularında müzakirələr aparıb və müvafiq sahələr üzrə öz təcrübələrini bölüşüblər. Qeyd olunan mövzulardan əlavə təmsilçilər öz ölkələrində könüllülük hərəkatının müxtəlif istiqamətləri, həyata keçirilən tədbir və layihələr haqqında məlumat veriblər.

Konfrans könüllülük sahəsində beynəlxalq əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrin perspektivləri haqqında müzakirələr, eləcə də iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed