Şrift:
Bu il Klinik Tibbi Mərkəzə 19 nəfər ilan sancması ilə müraciət edib
11.06.2021 [14:58] - Gündəm, Sağlıq
Aprel ayının əvvəlindən iyunun 11-nə qədər Klinik Tibbi Mərkəzə 19 nəfər ilan sancması ilə müraciət edib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, Bakıətrafı kəndlərdən, xüsusilə Xəzər rayonunun Zirə qəsəbəsi və Hövsandan ilan sancmaları ilə müraciətlər daha çox olub: “Ümumiyyətlə daş karxanası olan ərazilərdə ilan sancmalarına çox rast gəlinir”.

Bölgələrdəki vəziyyət barədə məlumat verən baş toksikoloq Hacıqabul, Şirvan, Şamaxı, Bərdə, Yevlax, Kürdəmir, Şəmkir və Oğuzda ilan sancmalarının daha çox baş verdiyini bildirib. Onun verdiyi məlumata görə, həmin müddət ərzində regionlarda ilan sancması ilə zəhərlənmə nəticəsində ölüm hallarına da rast gəlinib: “Klinik Tibbi Mərkəzə zəhərlənmə ilə müraciət edənlər arasında isə ölüm halı müşahidə edilməyib. Müraciət edənlərin əsas şikayətləri ürəkbulanma, qusma, sancma yerində ağrı, şişkinlik və qızartıdır”.

Qeyd edək ki, Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə, əsasən, aprelin əvvəlindən noyabra qədər rast gəlinir.
Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed