14.06.2021 [13:56] - Gündəm, Sağlıq
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə tətbiq olunan peyvəndlər barədə müsahibə verib.
Müsahibə təqdim edir.
- Ölkəmizdə koronavırusa qarşı tətbiq olunan peyvəndlər barədə məlumat vermənizi xahiş edirik.
- Hazırda ölkəmizdə Çinin “Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan “CoronaVac” peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan “AztraZeneca” (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan “Sputnik” V və “Pfizer” – Almaniya biotexnologiya şirkəti “BioNTech” tərəfindən Amerika “Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış mRNT əsaslı peyvəndlər istifadə olunur.
- Bu vaksinlər bir-birindən nə ilə fərqlənir?
- Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sistemində müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə bədən həmin virus və ya bakteriya ilə rastlaşarsa, immun sistemi, artıq onlarla necə mübarizə aparacağını biləcək.
Dünyada peyvəndlənməyə iki cür yanaşmanın mövcud olduğunu GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da təsdiq edir. Canlı zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. "Sinovac" şirkətinin "CoronaVac" vaksini daha "ənənəvi" üsulla hazırlanan inaktiv peyvənddir, çox peyvəndlərdə istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. "CoronaVac" bütün məlum olan vaksinlər kimi iki dozalı peyvənddir.
Braziliyalı alimlər “CoronaVac” vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildirirlər.
Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan “AstraZeneca” vaksini də ölkəmizdə tətbiq edilir. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsul yenilik deyil, vektor üsulu ilə vaksinlərin tətbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticisimlər istehsal etməyə başlayır. Bu peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.
“CoronaVac” peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm “CoronaVac”, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.
Rusiyanın “Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edilərək hazırlanıb. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq "Sputnik V"nin yüksək effektivlik – 91.6 faiz, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, “Sputnik V” peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.
Pfizer-BioNTech peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, Pfizer mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. Pfizer-BioNTech vaksininin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır.
"İki doza" tələbi Azərbaycanda tətbiq olunan bütün vaksinlərə (“CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer”) aid edilir. Azərbaycan peyvəndləməyə başlayan ilk ölkələrdən biridir. Artıq ölkəmizdə 18 yaşdan yuxarı heç bir məhdudiyyət yoxdur, hər kəs peyvənd oluna bilər. Seçimə gəldikdə isə, vətəndaşın öz seçimidir. Vətəndaşlarımız hazırda ölkəmizdə tətbiq olunan 4 peyvənddən istədiyini seçə bilərlər.
Yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi – xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVID-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur.
Ölkəmizdə istifadə olunan vaksinlər – “AstraZeneca”, “Pfizer”, “Sputnik V”, “CoronaVac” vaksinləri, artıq öz səmərəliyini göstərir.

Bu xəbər oxucular tərəfindən 1453 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |