06.12.2012 [13:37] - Xəbərlər
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov Haaqada “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.
Dekabrın 10-da Niderland Krallığının Parlamentində keçiriləcək tədbirdə O.Əkbərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, konfliktin tarixi və problemin bu gün regionda yaratdığı fəsadlar və eləcədə məcburi köçkünlərin bugünkü vəziyyəti barədə geniş çıxış edəcək.
Qeyd edək ki, konfrans Benilüks Azərbaycanlıları konqresi, Avropa Türk Demokratları Birliyi (UETD), Türk Evi Araşdırma Mərkəzi, EkoAvrasiya və ATXƏM-in təşkilatçılığı ilə baş tutacaq. Beynəlxalq İnsan Haqları gününə təsadüf edən tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin dağıdılması, Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumatlandırılmasıdır.
Konfransda Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Adil Əliyev də iştirak edəcəklər.

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |