Şrift:
İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının yay imtahan sessiyasına start verilib
14.06.2021 [14:02] - Xəbərlər, Bildiriş
İyunun 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə imtahan veriblər.

İnstitutdan bildirilib ki, imtahanda 5 magistrant kompüter şəbəkələrinin təhlükəsizliyi fənnindən öz biliyini sınayıb. Növbəti veb-proqramlaşdırma dilləri, intellektual sistemlər və elmi-tədqiqatların əsasları fənlərindən imtahanların isə müvafiq olaraq iyunun 21, 25 və 30-da keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed