Şrift:
Bu il Astaranın ümumtəhsil məktəblərini 2219 məzun bitirib
14.06.2021 [14:10] - Gündəm, Sosial
İyunun 14-də ölkəmizin bütün ümumi təhsil müəssisələrində olduğu kimi, Astara rayonunda da “Son zəng” tədbirləri keçirilib.

2020/2021-ci tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərini 2219 məzun bitirib. Onlardan 1415 nəfəri IX, 804 nəfəri isə XI sinif məzunlarıdır.

Astara şəhər 1 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” mərasimində çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, məktəbin direktoru, Xədicə Əliyeva, məktəb valideyn komitəsinin sədri İradə Fərəməzova məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara müstəqil həyatda və təhsillərində nailiyyətlər arzulayıblar.

Çıxışlarda qeyd olunub ki, bu il Astara şəhər 1 nömrəli tam orta məktəbi 36 nəfər XI sinif şagirdi bitirib. Onlardan 4 nəfəri “Fərqlənmə attestatı” alıb. Məzunlardan 5 nəfəri buraxılış imtahanlarında 250-dən çox bal toplayıb.

Diqqətə çatdırılıb ki, rayon üzrə buraxılış imtahanlarında ən yüksək nəticəni də məhz şəhər 1 nömrəli tam orta məktəbin məzunu Fatimə Dadaşova (280 bal) göstərib.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed