16.06.2021 [17:18] - Xəbərlər, Sosial
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanlarının rəhbərləri və ombudsmanlarının 4-cü iclasında iştirak edib.
Ombudsman Aparatından bildiriblər ki, Özbəkistanla yanaşı, Türkiyə, Pakistan, İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistandan olan nümayəndələrin də qatıldığı həmin tədbirdə ombudsman Səbinə Əliyeva da çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan ombudsmanının həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.
Çıxış zamanı bu sahədə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə ombudsman tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin verildiyi, ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə strateji sənədlərin hazırlanması və icrası prosesində Ombudsman təsisatının yaxından iştirak etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın Ombudsman təsisatının dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və ixtisaslaşmış beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu ilə sıx əməkdaşlıq etdiyi qeyd olunub.
Eyni zamanda, ombudsman Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işarələnməmiş minaların xəritələrinin Ermənistan tərəfindən verilməməsinin regionda sülh və təhlükəsizliyə ciddi maneə olduğunu vurğulayaraq aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarını bu istiqamətdə Ermənistana təzyiq göstərməyə çağırıb.

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |