Şrift:
Leninoqorskda “Dostluq körpüsü: Tatarıstan - Azərbaycan” konfransı keçirilib
17.06.2021 [09:42] - Gündəm, Sosial
Tatarıstan Respublikasının Leninoqorsk şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqa Federal Bölgəsi üzrə Bölgələrarası Forumu çərçivəsində Dostluq Xiyabanının təməli qoyulub, daha sonra isə “Dostluq Körpüsü: Tatarıstan - Azərbaycan” ilk elmi-praktiki konfrans keçirilib.

Tədbir iştirakçıları ikinci Dünya müharibəsi qəhrəmanlarının abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra, Şəhər Administrasiyasında Leninoqorsk şəhər Başçısı Ryagat Xusainov və RAGB-nin məsul katibi Ceyhun Hüseynov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Təşkilatının sədri Bəhram Mustafayev, Leninoqorsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov və Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov arasında görüş keçirilib.

Görüş zamanı ekologiya, yerli Azərbaycan diasporunun gənclər qanadı ilə əməkdaşlıq və qarşılıqlı əlaqələr müzakirə olunub. Həmin gün görüş iştirakçıları Dostluq Parkında ağac əkmə tədbirində və Dostluq xiyabanının salınmasında iştirak ediblər.

Otuz alma ağacı tinginin əkilməsi Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan diasporunun dəstəyi ilə onun rəhbəri R.Məmmədovun şəxsində, RAGB və Leninoqorsk Administrasiyası tərəfindən təşkil edilib. Cavan ağacların böyüdüyü yer dost xalqların sülh və razılıq simvolu olacaq.

“Dostluq Körpüsü: Tatarıstan - Azərbaycan” ilk elmi-praktik konfransın iştirakçıları bu kimi tədbirlərin iki respublika arasında tarixi əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətini qeyd edərək, Tatarıstan və Azərbaycan neftçiləri arasındakı əməkdaşlıq tarixindən bəhs ediblər. Gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed