17.06.2021 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaydığı bəyanatda Səid Cəlili bildirib ki, o “inqilab cəbhəsinin gücləndirilməsi” və ölkədə daha “inqilabçı bir hökumətin iş başına gəlməsi”nə yardım göstərmək üçün prezidentliyə namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürərək iyunun 18-də keçiriləcək prezident seçkisində iştirakdan imtina edir.
Xatırladaq ki, bundan əvvəl prezidentliyə namizəd Əlirza Zakani də öz namizədliyini hakimiyyətin əsas namizədi sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüyünü açıqlayıb.
Həmçinin iyunun16-da prezidentliyə azərbaycanlı namizəd Möhsün Mehrəlizadə İran Daxili İşlər Nazirliyinə məktub ünvanlayaraq, prezident seçkisində iştirakdan imtina etdiyini bildirib.
Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 984 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |