07.12.2012 [10:02] - Gündəm, Diaspor
Avstraliyadakı Azərbaycan və türk diasporları Avstraliyanın Yeni Cənubi Uels ştatının Qanunverici Şurasının iclasında şura üzvü - millət vəkili Meri Fikkara tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağırışın yer aldığı təklifin irəli sürülməsi ilə bağlı qanunverici şura üzvlərinə və dövlət rəsmilərinə etiraz məktubu göndərib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 50 təşkilat və 800-dək fərdi şəxs tərəfindən imzalanan məktub Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə göndərilib. Məktubda yerli icma üzvlərinin məlum təklifdən narahat olduğu və təklifin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamə və sənədləri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb: Məktubda Avstraliyanın hazırda Azərbaycanla yanaşı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və regionda sülhün, sabitliyin və inkişafın bərqərar olması üçün öz imkanlarından istifadə edəcəyinə ümid ifadə olunur. Bildirilir ki, münaqişənin həssas vaxtında hər hansı təxribat xarakterli, birtərəfli və koordinasiya olunmamış fəaliyyətlərdən çəkinməyə çağırmaqla, biz Avstraliya qanunvercilərindən və hökumət rəsmilərindən ədalətli və konstruktiv mövqe gözləyirik.
Bu xəbər oxucular tərəfindən 1268 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |