18.06.2021 [10:14] - Gündəm, Sosial
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Təmiz hava” aylığının keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır.
Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
“Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |