18.06.2021 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Traxtur" futbol komandası tərəfdarlarının Ərdəbildəki başçılarından biri olan Saman Bidar Əcirli barədə qərar Ərdəbil İnqilab Məhkəməsinin birinci bölməsi tərəfindən verilib.
İyunun 16-da İnqilab Məhkəməsinin 1-ci bölməsinin katibliyi tərəfindən göndərilən bildirişdə onun Ərdəbil SEPAH-nın təhlükəsizlik və kəşfiyyat bölməsinin hazırladığı hesabat əsasında “ictimai təlaşa səbəb olan yalan məlumatlar yayaraq sistemə qarşı fəaliyyət göstərməkdə və inqilab banisini və inqilab rəhbərini təhqir etmək”də ittiham edildiyi məlum olub.
Saman Bidar Əcirliyə “inqilabın banisini təhqir etmək” ittihamına görə 1 il 3 ay, “inqilab rəhbərini təhqir etmək” ittihamına görə 1 il 3 ay və “hökumətə qarşı təbliğat fəaliyyətləri”nə görə isə 7 ay həbs cəzası verilib.
Hökmün icrası 3 il müddətinə təxirə salınıb.
Qeyd edək ki, Saman Bidar fevralın 28-də Ərdəbil şəhərinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Fevralın 29-da Ərdəbil İnqilab Məhkəməsinin 9-cu istintaq bölməsi ona qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürüb.
Mədəni fəal saxlanıldıqdan iki gün sonra ETTELAAT-ın istintaq təcridxanasından Ərdəbil şəhərinin mərkəzi həbsxanasına köçürülüb və fevralın 8-də 50 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |