Şrift:
Azərbaycanda avtobus sürücülərinə qarşı cəzalar sərtləşdirilir
31.10.2011 [12:12] - Gündəm
Dayanacaqdan kənarda sərnişin mindirib-düşürdən avtobus sürücülərinə qarşı cəzalar sərtləşdiriləcək.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

Belə ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına görə sürücülər 40 manatdan 60 manatadək məbləğdə cərimələnəcəklər.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu qayda pozuntusunu törədən avtobus sürücüləri 20 manatdan 40 manatadək miqdarda cərimə edilirlər.

Bu dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Parlamentin müzakirəsinə verilib.
Bu xəbər oxucular tərəfindən 984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed