Şrift:
İran rejimindən “Traxtur-Perspolis” müsabiqəsini izləyən Türkiyə səfirinə hörmətsizlik
07.12.2012 [10:48] - Güney Azərbaycan xəbərləri
Tehranda Təbrizin “Traxtur” futbol takımının müsabiqəsinə bilet alan Türkiyənin İrandakı səfiri Ümit Yardım stadiondan çıxarılıb.
İranın “ferdanews” saytı maraqlı bir xəbər yayıb. Xəbərdə bildirilir ki, Təbrizin "Traxturr" futbol takımı ilə Tehranın "Perspolis" takımı arasında futbol oyunu zamanı Türkiyənin səfiri stadiondan uzaqlaşdırılıb. Türkiyənin İrandakı səfiri Ümit Yardım bu takımların futbol yarışını izləmək üçün stadiona gedib. Oyunun birinci hissəsi başa çatdıqdan sonra türkçülük şüarları səsləndirən azərbaycanlıların həyəcanı İran təhlükəsizlik qüvvələrini narahat edib və onlar Türkiyə səfirini stadiondan çıxarmaqdan başqa yol görməyiblər. İranın kütləvi informasiya vasitələri bunu “pantürkizmin meydan sulaması” kimi şərh edir.
Bəzi mənbələr isə Türkiyə səfirinin stadiondan uzaqlaşdırılmadığını, lakin, səfir “Perspolis” tərəfdarlarının qeyri-insani və irqçi şüarlarını eşidincə stadionu tərk etdiyini yazıblar.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed