Şrift:
Almaniyada Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə videoçarx hazırlanıb
22.06.2021 [10:07] - Xəbərlər, Mədəniyyət
Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Berlində fəaliyyət göstərən Alman Azərbaycan Ziyalılar Birliyi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına müraciət edərək şairin "Sənsiz" qəzəlinə videoçarx hazırlayıb.

Əsər hər iki dildə - Azərbaycan və alman dilində səsləndirilib. Qəzəlin alman dilinə filoloji tərcüməsi, uzun illər N.Gəncəvinin tədqiqatçısı, dilçi Sevil Fuchsa, poetik tərcüməsi isə filoloq tərcüməçi Rosemarie Kuperə aiddir.

Qəzəli Azərbaycan dilində AAZB-nin sədri Naibə Tural, alman dilində Rosemarie Kuper səsləndirib.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed