Şrift:
Muxtar respublikada virus infeksiyalarına qarşı dezinfeksiya tədbirləri görülüb
22.06.2021 [10:13] - Gündəm, Sağlıq
Muxtar respublikada virus infeksiyalarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhərinin prospekti və küçələri, məhəllələri, bir sıra müəssisələri daxil olmaqla, 1 milyon 170 min kvadratmetr sahə dezinfeksiya olunub.

Dezinfeksiya tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin xüsusi qurğu quraşdırılmış 4 avtomobili və Baytarlıq İdarəsinin 2 dezinfeksiya avtomobili vasitəsilə həyata keçirilib.

Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dezinfeksiya tədbirləri muxtar respublikanın rayonlarında da davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed