Şrift:
Güney Azərbaycanda meşə yanğınları baş verib
22.06.2021 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil əyalətinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin baş direktoru Mahmud Quluzadənin verdiyi məlumata görə, Nəmin mahalının Saqqızçı bölgəsində baş verən güclü yanğını yalnız 5 saata söndürmək mümkün olub.

Yanğın söndürülərkən fövqəladə hallar əməkdaşlarından biri xəsarət alıb. Yanğınöndürən Ərdəbil şəhərindəki Fatimi xəstəxanasına köçürülüb.

"Yanğının səbəbləri bəlli deyil, ancaq belə hadisələr məqsədli şəkildə və ya çobanların səhlənkarlığı nəticəsində baş verir”-deyə, Mahmud Quluzadə bildirib.

Şərqi Azərbaycan Əyalətinin Böhran İdarəetmə Mərkəzinin Baş direktoru Məhəmmədbağır Hünərbərin verdiyi məlumata görə, Vərziğan mahalının “Pir Davud” bölgəsinin meşələrində də güclü yanğınlar baş evrib.

Yanğın yerli əhali və bölgəyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Yanğının miqyasının genişlənəcəyi ehtimalını nəzərə alaraq Tehrandan yanğınsöndürən helikopterlərinin bölgəyə cəlb olunmasını planlaşdırmışıq”-deyə, o, “İRNA” xəbər agentliyinə açıqlamasında bildirib.

Parsabad-Sərbənd yolu üzərində, Arazqırağı bölgələrində bir neçə gün öncədən başlayan yanğınlar meşə zolağını və bitki örtüyünü məhv edib.

Lazimi texnikanın bölgəyə cəlb olunmadığı üçün yanğının söndürülməsi mümkün olmayıb.

Sosial mediada yanğın hadisəsindən paylaşılan görüntülərdə yanğının geniş ərazini əhatə etdiyi bəlli olur.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed