Şrift:
Aktiv kommersiya qurumlarının sayı 14,3 faiz artıb
23.06.2021 [13:46] - Xəbərlər, İqtisadiyyat
Cari il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi səhmdar cəmiyyəti, 1,3 faizi kooperativ və sair formalarda yaradılıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsinən verilən məlumata görə, hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6 faizi kommersiya qurumlarıdır.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3 faiz artıb, xüsusi çəkisi isə 59 faiz olub.

Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz artaraq 24574 vahid təşkil edib.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed