23.06.2021 [13:53] - Gündəm, Mədəniyyət
Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib. Müddətsiz müqavilə ilə daimiləşmək üçün həyata keçirilən mərhələsi onlayn formatda təşkil olunub. Seçim zamanı müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə uğur qazanmış 26 müəllimlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına müsbət rəy verilib. Müsahibənin nəticələri ilə bağlı məlumatlar namizədlərə SMS vasitəsilə təqdim olunub.
Xatırladaq ki, tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və müəllimlərim işə qəbulu müsabiqəsinin test imtahanı nəticələrinə əsasən müvafiq namizədlər peşə təhsil müəssisələrində vakansiyalar üzrə yerləşdirilib. Sözügedən müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkilinə pandemiya ilə əlaqədar yalnız may ayından etibarən başlanılması mümkün olub.

Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |