Şrift:
Vaşinqtonda Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilib
07.12.2012 [11:41] - Gündəm, Sosial
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dekabrın 5-i Vaşinqtonda ABŞ-dakı səfirlik və Ceymstaun Fondunun təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa təşkil edib. Komitədən daxil olan xəbərdə deyilir ki, tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.

Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor çıxışında deyib ki, Azərbaycan təkcə enerji və təhlükəsizlik məsələlərində deyil, dinlərarası münasibətlərin modeli kimi də ABŞ və ümümilikdə Qərb ölkələri üçün əhəmiyyətlidir.

Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixindən söz açıb, bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verıb. Natiq Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığını, onların unikal Azərbaycan mədəniyyətinin formalaşdırılmasına töhfə verdiyini önə çəkıb. Komitə sədri Azərbaycan dövlətinin tarixi ənənələri qoruyub saxlamaq istiqamətində gördüyü işlərə toxunub və bu sahədə mövcud təhdidlərin qarşısının uğurla alındığını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed