Şrift:
ABŞ pandemiyadan zərər çəkən aeroportlara 8 milyard dollar yardım ayıracaq
23.06.2021 [13:59] - Gündəm, İqtisadiyyat
ABŞ-ın Federal Aviasiya İdarəsi koronavirus pandemiyasının nəticələrindən zərər çəkən ölkə aeroportlarının fəaliyyətinin bərpasına yardım məqsədilə qrantlar şəklində 8 milyard dollar ayıracaq.

Bu barədə Federal Aviasiya İdarəsinin saytında yerləşdirilən press-relizdə deyilir.

“Daha çox amerikalının vaksinasiyadan keçərək yenidən səyahətə başladıqları dövrdə qrantlar iş yerlərinin saxlanılmasına imkan verəcək və aviasiya sektorunun bərpasına dəstək olacaq”, - deyə ABŞ-ın nəqliyyat naziri Pit Butticic bildirib.

Ayrılan vəsait əməkdaşların maaşlarının ödənilməsinə və tikinti layihələrinin həyata keçirilməsinə sərf ediləcək. Qrantlar, həmçinin terminallarda fəaliyyət göstərən pərakəndə kompaniyaların icarə haqlarının azaldılması üçün də istifadə edilə bilər. Maliyyə dəstəyi almaq üçün aeroport rəhbərliyi əməkdaşlarının pandemiyadan öncəki sayınin azı 90 faizi qədər işçi götürməlidir.

Maliyyələşmə ABŞ Prezidenti Cozef Baydenin təklif etdiyi pandemiya və onun nəticələri ilə qısamüddətli mübarizə tədbirləri üzrə 1,9 trilyon dollarlıq “American Rescue Plan” proqramı çərçivəsində təmin olunur.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed