Şrift:
İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası keçirilib
23.06.2021 [14:04] - Xəbərlər, İqtisadiyyat
İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının (ICCEU) iclası keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirak etdiyi iclas “COVID-19 pandemiyasının nəticələrinin yumşaldılmasında sosial tərəfdaş kimi işəgötürən təşkilatlarının rolu” mövzusuna həsr edilib.

ASK-dan bildirilib ki, görüşü Latviya İşəgötürənlər Konfederasiyasının Prezidenti (LDDK) Vitalijs Gavrilovs açaraq iştirakçı dövlətlərdə hazırkı vəziyyət və koronavirus pandemiyası ilə əlaqədar dünyadakı iqtisadi inkişaf proqnozları barədə məlumat verib. LDDK-nin Aİ və beynəlxalq məsələlər üzrə müşaviri, Baş direktorun müavini Inese Stepiņa dayanıqlı inkişaf, böhran strategiyası ilə bağlı təqdimat edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxışında koronavirus pandemiyası dövründə hökumətin biznesə dəstək tədbirləri və işğaldan azad olunan Qarabağ torpaqlarında aparılan quruculuq işləri, böyük qayıdışa hazırlıq barədə iştirakçıları məlumatlandırıb.

Sonra 2022-ci il üçün ICCEU-nun dönəm sədrliyi müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed