Şrift:
Güləşçilərimiz Olimpiadaya Göygöldə hazırlaşırlar
24.06.2021 [11:51] - Gündəm, İdman
Tokio Olimpiadasının startına 1 aydan az vaxt qalıb. Varşavada keçirilən “Poland Open” turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start veriblər.

Hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşırlar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəlinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed