25.06.2021 [11:30] - Gündəm, İdman
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı gün ərzində 18 min mühafizə əməkdaşının cəlb olunması barədə planı yayıblar.
Minlərlə təhlükəsizlik xidməti əməkdaşının yerli polislə birlikdə 43 Olimpiya obyektini və ətraf rayonu mühafizə edəcək.
Olimpiya Oyunlarının rəsmi nümayəndələrinin məlumatına görə, mühafizə xidmətinin yerləşmə planı hətta Olimpiya obyektləri tam dolu olduğu halda belə təhlükəsizliyi maksimum təmin etməyə şərait yaradacaq.
Təşkilatçılar əvvəlki yarışlar zamanı xüsusi mühafizə xidmətinin əməkdaşlarının sayı ilə əlaqədar problemlər yaranmasına baxmayaraq, bu dəfə seçimin səviyyəsindən razı qaldıqlarını bildiriblər.
Əlavə olaraq qeyd edilir ki, tamaşaçıların sayının tam dəqiqləşdirilməməsinə baxmayaraq, təşkilatçılar idman obyektlərində təhlükəsizlik xidmətinin miqdarından çox, onların çevikliyinə inamla yanaşırlar.

Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |