Şrift:
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində videokonfrans keçirilib
25.06.2021 [11:40] - Gündəm, Sosial
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə videokonfrans formatında maarifləndirici tədbir keçirilib.

Komissiyanın İşçi qrupundan bildiriblər ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Zahid Xəlilov, Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş bölməsinin əməkdaşı Yeganə Zeynalova, Məşədi Dadaş Zülfüqaroğlu məscidi dini icmasının rəhbəri Şahin Həsənov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış ediblər. Çıxışlarda narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadlarından danışılıb, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed