31.10.2011 [12:13] - Gündəm
Azərbaycanda ilk dəfə olaraq, orta məktəblərin akkreditasiyasına başlanılıb. Bunu bazar ertəsi Trend-ə eksklüziv açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, ilkin olaraq, 11 orta məktəbin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, artıq bu günlərdə bir neçə orta məktəblə bağlı Akkreditasiya Şurasının iclası keçiriləcək.
Mərdanov orta məktəblərin akkreditasıyasının davamlı olaraq həyata keçiriləcəyini qeyd edib.
Nazir onu da əlavə edib ki, akkreditasiyanın nəticələrindən asılı olaraq, orta məktəblər bağlana bilər.
"Məktəblər müvəqqəti də, daimi də bağlana bilər. Hər halda bu, təhsilin keyfiyyətini yüksəltmək üçün atılan növbəti addımdır", - Mərdanov deyib.
Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası aparılır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.
Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |