07.12.2012 [16:04] - İqtisadiyyat
Sarkisyan hökumətinin "aqrar möcüzəsi" erməni ekspertləri heyrətə salıb
Cari ilin üç rübündə Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) dinamikası qəribə prqoressivliklə seçilib. Əgər I rübdə ÜDM artımı 5,6% olubsa, II rübdə ÜDM 6,6% artıb və III rübdə az qala iki rəqəmli ədədə yaxınlaşıb - artım 9,3% olub."News.am" portalının yaydığı məlumata görə, bunu erməni statistikası iddia edir.
Daha sonra portal qeyd edir, bütün bu statistika yaradıcılığına inanılarsa, ÜDM-dəki bu dinamikanı erməni iqtisadiyyatı üçün böyük artım saymaq olar. Daha sonra portal özü də bu məsələyə şübhə ilə yanaşır və bu statistika yaradıcılığına inanmadığını vurğulayır. Hər halda, Ermənistanın ÜDM artımı göstəricisi başqa ölkələr nisbətən yüksəkdir və bu, ölkə iqtisadiyyatına investisiya cəlbi baxımından çox əlverişlidir. Amma erməni iqtisadiyyatına xarici sərmayələrin cəlbi məsələsindəki göstəricilər buna uyğun gəlmir və burada tamamilə əks proses yaşanır.
Bu məsələdə yeni erməni statistikasını rəsmi rəqəmlərinə üz tutaq - statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında Ermənistanda xarici sərmayələrin həcmi keçən ilin uyğun dönəminin göstəricilərinə baxanda 35,2% azalıb, o cümlədən birbaşa sərmayələrin miqdarı 53,8% aşağı düşüb. Özü də ölkələr böyük əksəriyyəti üzrə xarici sərmayə həcmində azalma olub. Məsələyə, həmişə Ermənistana yumşaq davranan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qarışıb və onun öz sərmayələrini artırması belə Ermənistanın xarici sərmayə dinamikasını dəyişə bilməyib.
Portal Ermənistan sənayesinin vəziyyətinin də elə ürəkaçan olmadığını vurğulayır: yüngül sənaye demək olar ki, sıfırdadır. Nə vaxtsa inkişaflı olmuş və əsasən SSRİ-nin başqa respublikaları üçün işləmiş iqtisadiyyat subyektləri indi barmaqla sayıla bilən miqdarda məhsul istehsal edir. Portalın yazdığına görə, ölkə bazarının sənaye mallarına olan ehtiyacı əsasən idxal hesabına təmin edilir.
Görəsən, nə baş verir, niyə xarici sərmayələr azaldığı bir şəraitdə ÜDM-də artım dinamikası yaşanır? Sadəcə, Ermənistan hökuməti statistika yaradıcılığında əsas diqqəti kənd təsərrüfatına yönəldir və ölkə ÜDM-ində kənd təsərrüfatının payı göstəricisi hiper addımlarla artıb. Belə ki, birinci rübdə Ermənistan ÜDM-ində kənd təsərrüfatının payı 8,7% olduğu halda, III rübdə 29,6%-ə qalxıb. Buğda, ət və süd məhsullarını əsasən xaricdən alan dağlıq bir ölkə üçün rəqəmin absurd olduğu və erməni hökumətinin sovetsayağı "pripiska" ilə məşğul olduğu göz qabağındadır. Ermənistanın kəndlərində olmuş xarici jurnalistlərin yazdığına görə, bu ölkədə əməkqabiliyyətli əhali, xüsusilə də kişilər kəndlərin çoxunu tərk edib. Yəni həmin artım göstəricisini əldə etməyə Sarkisyan rejiminin nə sərmayə, nə də kadr resursu var.

Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |