07.12.2012 [16:14] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Tarixçilərin qənaətinə görə, ortaq türk tarixinin yaradılmasını zəruri edən səbəblər çoxdur
Azərbaycan və Türkiyə tarixçiləri birgə tarix yazmaq qərarına gəlib. Onların qənaətinə görə, ortaq türk tarixinin yaradılmasını zəruri edən səbəblər çoxdur. Bu qərar Azərbaycan və Türkiyə tarixçilərinin Türkiyədəki görüşündən sonra reallaşmağa başlayıb. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun sözlərinə görə, ortaq türk tarixinin yaradılmasına böyük ehtiyac var. Çünki uzun illər türk xalqlarının tarixi təhrif olunub.
“Hazırda türk televiziyalarının birində yayımlanan “Muhteşem Yüzyıl” serialında da türk millətlərinin tarixinə aid faktlar təhrif olunub. Belə ki, adıçəkilən serialda Osmanlı İmperiyasının hökmdarı Sultan Süleyman yanlış tərəflərdən təqdim edilir. Həmçinin, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai də iranlı şiə şairi adlandırılır. Şah İsmayılın oğlu Şah Təhmasib isə tarixi faktların əksinə olaraq qəddar hökmdar kimi təqdim olunur. Özbək sərkərdə Teymura da mənfi don geydirilir”, - deyə o vurğulayıb.
“Atatürk mərkəzi”nin direktoru Nizami Cəfərov hesab edir ki, ötən əsrin 90-cı illərdə “Ümumi tarix və ədəbiyyat” dərsliklərinin nəşr olunmasına baxmayaraq, bu kitab geniş yayılmayıb. Bu səbəbdən də məsələyə daha ciddi yanaşılmalıdır. Onun fikrincə, ortaq tarixin olmaması ciddi fəsadlara gətirə bilər.
Nizami Cəfərovun fikrincə, türk xalqlarının tarixində ortaq metodologiyanın olması zəruridir və ilk növbədə, bu, dərsliklərdə özünü göstərməlidir.

Bu xəbər oxucular tərəfindən 1360 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |