Şrift:
Ahmet Misbah Demircan: Ağdamdakı vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək
28.06.2021 [10:21] - Gündəm, Sosial
Hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək.

Bu sözləri açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmiş Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan deyib.

Ahmet Misbah Demircan 27 il işğal altında qalmış torpaqlarda hər şeyin məhv edildiyini görməkdən təəssüfləndiyini bildirib, eyni zamanda həyata keçiriləcək quruculuq işlərinə görə sevincini ifadə edib: “Azərbaycan dövləti burada geniş bir inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulacaq. Qısa zaman içərisində yeni bir mədəniyyətin inşa ediləcəyini görəcəyik. Yaxşı ki, Azərbaycan dövləti var, Azərbaycan ordusu var, Azərbaycan-Türkiyə qardaşlığı var. Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşadıq”.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed