28.06.2021 [10:23] - Gündəm, İdman
Futbol üzrə Belçika millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
İyunun 27-də İspaniyanın Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda Belçika və Portuqaliya yığma komandaları üz-üzə gəliblər.
Almaniyalı baş hakim Feliks Brixin idarə etdiyi oyun Belçika millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Belçikalı futbolçu Torqan Azarın matçın 42-ci dəqiqəsində vurduğu yeganə qol komandasına dörddəbir finalda iştirak hüququ qazandırıb.
Belçika millisi növbəti mərhələdə İtaliya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, İtaliya millisi səkkizdəbir finalda Avstriya seçməsini 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə adlayıb.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |