28.06.2021 [10:37] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, prioritet istiqamətlərdə əlaqələrin aktivləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda Türk Şurasının üzvü olan ölkələr arasında nəqliyyat, tranzit dəhlizlərinin şaxələndirilməsi, nəqliyyat-loqistika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib.
Qərara alınıb ki, Özbəkistan Türk Şurasının hazırladığı bir sıra sənədin hazırlanmasında aktiv iştirak etsin.
Tərəflər bu günlərdə Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclasının uğurla keçirilməsindən və Özbəkistanın “Müasir İpək Yolu” proqramına qoşulmasından məmnun olduqlarını bildiriblər.

Bu xəbər oxucular tərəfindən 2740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |