Şrift:
Milli fəal Siyamək Seyfi bəraət qazanıb
28.06.2021 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İlkin məhkəmənin qərarından şikayət verdiyinə görə, milli fəalla barəsində çıxarılan iki illik həbs cəzasından bəraət verilib.

Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərindən olan milli-mədəni fəal Siyamək Seyfi bu gün iyunun 27-də aldığı bildirş vasitəsilə “ictimai asayişi pozmaq üçün əlbir olmaq” ittihamına görə barəsində verilən 2 illik həbs qərarının ləğv olunduğundan xəbər tutub.

Bundan öncə hakim Fəramərz Məhəmmədzadə Param, 20 may tarixində Siyamək Seyfi barəsindəki qərarı əsasında hazırlanan bildirişdə yazılımışdı:

“İctimai asayişi pozmaq üçün əlbir olmaq ittihamı ilə bağlı Meşkin prokurorluğu və İnqilab Məhkəməsinin iddianaməsinə, kəşfiyyat və təhlükəsizlik idarəsinin hesabatına, mittəhimin telefonunda “instagram” və “telegram” sosial şəbəkələrində fəaliyyətinə dair əldə edilən materiallara əsaslanaraq, öncədən elektron poçt vasitəsi ilə bildirilməsinə rəğmən məhkəmə iclasına qatılmadığına görə, müttəhimin İslami Cəza Qanununun 61-ci maddəsinə əsasən Siyamək Seyfinin iki il azadlıqdan məhrum edilməsinə qərar verilir.
Öncədən saxlanıldığı günlər həbs müddətindən azaldılacaq”.

Siyamək Seyfi başqa milli fəal Aydın Zakiri ilə birlikdə 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilmə əməliyyatlarına dəstək və İran hökumətinin Ermənistana hərbi, texniki və lojistik yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılmışdılar.

Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılanmışdı.

Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneyli fəal tutulmuş, təzyizlərə məqruz qalmışdı.

Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gün də davam edir.
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed