29.06.2021 [11:05] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, Türkiyə şirkətlərinin və investorlarının Özbəkistanda fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Şavkat Mirziyoyev münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluğunu bildirib.
Qeyd olunub ki, Strateji Tərəfdaşlıq Şurasının Daşkənddə keçiriləcək ikinci iclasına hərtətəfli hazırlıq gedir. Burada mal mübadiləsinin və kooperasiyanın həcminin artırılması, birgə sənaye zonasının yaradılması, preferensial ticarət haqqında Sazişin imzalanması, rəqəmsallaşma, təhsil və iqtisadi sahələrdə Türkiyənin təcrübəsindən və texnologiyalarından geniş istifadə olunması məsələləri müzakirə ediləcək.
Görüşdə eynəlxalq təşkilatlar çərçivəsində regional tərəfdaşlıq və qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə də fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 2844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |