29.06.2021 [11:37] - Gündəm, Mədəniyyət
Təhsilin inkişafında beynəlxalq təcrübənin öyrənilməsi mütləqdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təhsilin inkişaf etdirilməsi sahələri üzrə bölgülər aparılmalıdır. Təbii ki, ali təhsilin yenidən qurulmasında milli dəyərlərimizin, ənənələrimizin prinsipləri qorunub saxlanılacaq.
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev iyunun 29-da “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.
Komitə sədri diqqətə çatdırıb ki, digər sahələrdə olduğu kimi elm və təhsil sahəsi də həmişə dövlətimizin diqqət mərkəzində olub və prioritet istiqamətlərdəndir.
Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycanda ali təhsilin Avropa təhsil sisteminə uyğunlaşdırılması, baloniya sisteminə salınması mühüm amillərdəndir. Təhsilimizin müasir standartlar səviyyəsində qurulması bizi narahat edən məsələlərdəndir.
Komitə sədri qeyd edib ki, təhsil sahəsində yeni normativ hüquqi bazanın qurulması qarşıda qoyulan mühüm vəzifələrdəndir. Təhsilli insanlarımız nə qədər çox olarsa, ölkəmiz bir o qədər inkişaf edəcək: “Ali təhsilin inkişafı üçün qanun layihəsinin hazırlanması məqsədilə işçi qrupu yaradılıb. “Ali təhsil haqqında” qanun 9 fəsil 54 maddədən ibarətdir”.
Bəxtiyar Əliyev bildirib ki, qanun layihəsi QHT-lər və ictimaiyyət arasında müzakirə olunacaq, təkliflər nəzərə alınacaq.

Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |