Şrift:
SHMQ-dən- 907-ci maddəyə yox deyək! kampaniyası
08.12.2012 [02:30] - Xəbərlər, Siyasət
Sosial Hüquqların Monitorinq Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, Sosial Hüquqların Monitorinq Qrupu Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "907-ci maddəyə yox deyək" kompaniyasına strat verərək ilk toplantısını keçirmişdir. toplantıda 150-yə yaxın İctimai Sektor və Media Qurumları nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə SHMQ koordinatoru Azad İskəndərli açaraq : "Bizə Amerika Dövlətindən heç bir yardım gərək deyil və biz bunu da gözləmirik. Bizim üçün bu maddə mənası olmayan bir olaydır. Sadəcə olaraq millətimizi gələcək nəsillərə "İşğalçı" , "barbar" olaraq tanıdan bu sənəd nə zamana qədər qüvvədədir, o zaman qədər də biz özümüzü lənətlənmiş olaraq görürük. Əyər bu gün Amerika Dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa demək 907-ci maddə qeyri-rəsmi olaraq qüvvəsini itirmiş hesab edilə bilər. Lakin bu sənədin rəsmi şəkildə ABŞ prezidenti tərəfindən qüvvədən salınmasını istəyirik, çünki bu səlahiyyət 20011-ci ildə ABŞ-da baş vermiş məlum sentyabr terror hadisəsindən sonra ABŞ Konqresi adıçəkilən sənədin qüvvədə saxlanılması və yaxut da qüvvədən salınması ilə bağlı səlahiyyətləri ABŞ prezidentinə vermişdir. Ona görə də biz bu gün bu sənədin qüvvədən salınması üçün ABŞ Prezidenti və rəsmilərindən həm xahiş, həm də tələb edirik. Biz Azərbaycan ictimaiyyəti olaraq özünü bütün dünyaya demokratiyanın beşiyi kimi qələmə verən Amerika Dövlətindən irqindən, dinindən, dilindən asılı olmayaraq bütün millətlərin heysiyyatına toxunmamağa və hörmət, sayqı göstərməyə çağırırıq. Biz bu məsələni sonuna qədər təqib edəcəyik"- deyən Azad İsgəndərli bildirib ki, Azərbaycan İctimaiyyətinin Nümayəndələri olaraq biz, 1992-ci ilin oktyabrında ABŞ konqresində bu "üzdəniraq" sənədin qəbul edilməsində dövrün konqresmenləri Con Kerri, Con Makkeyn və ABŞ vitse-prezidenti Cozef Bayden tərəfindən göstərilən "aktivliyə" və "fədakarlığa" görə onlardan rəsmi açıqlama istəyirik.

Sonrakı çıxışçı SHMQ üzvü , Qarabağ azadlıq Təşkilatının sədri Akif Nağı Azad İskəndərlinin söylədikləri ilə bağlı tam razı olduğunu bildirərək, bütün bu iyrəncliklərin qarşısının yalnız və yalnız milli birliklə almağın mümkünlüyünü dedi.

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli səslənən bütün təkliflərə öz dəstəyini bildirməklə yanaşı, daha açıq və konkret mübarizə formasının ortaya qoyulmasına tərəfdar olduğunu bildirdi. "Biz Azərbaycanın və Türk Dünyasının milli maraqlarına cavab verə biləcək istənilən sənədin altına imza qoymağa, istənilən qüvvə ilə birlikdə mübarizəyə varıq. Amma hansısa xarici qüvvənin xoşuna gəlmək məqsədilə onun iradəsinə uyğun addım atmaq və gerçəklər ətrafında oyun oynamaq millətimiz adına ləkədir. Xarici qüvvə qarşısında loyallıq nümayiş etdirib radikallıqdan dəm vuranların mahiyyətini ortaya qoymaq lazımdır. İngiltərədə aksiyada qadın küçənin ortasında polis tərəfindən dubinka ilə döyülür, ABŞ-da uzun illərdir siyasi məhbuslar var. O zaman biz də ABŞ-dan, İngiltərədən bizə qarşı mövqelərinə görə müvafiq addımları ataq. Mən bu halları pisləyirəm. Amma Qarabağ və digər milli məslələrimizlə bağlı ədalətsiz, ikiüzlü mövqe nümayiş etdirərək daxili siyasətimizə müdaxilə də yalnışdır. Deyirlər ki. güclü olaq ki, ABŞ bizim mövqelərimizi nəzərə alsın. Anlamadım! Əgər zəif olub əzilməyə məhkumsansa, budurmu dünyanın ədaləti? Budurmu dünyanın demokratiya çağırışları, qloballaşmaq istiqamətində hay-küyləri? Xarici dövlətlərin əksəriyyəti istər 907-ci düzəlişi, itərsə də digər məsələləri öz əllərində təzyiq vasitəsi kimi saxlayırlar"

Digər çıxışçı SHMQ üzvü, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri, QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov komissiya yaranmasının vacib olduğunu və ABŞ Səfiri ilə görüşüb bütün bu deyilənləri müzakirə etməyi təklif etdi. İctimai xadim Azər Həsrət isə hələki radikal addımların atılmasının gərək olmadığını, ilk olaraq problemi ABŞ rəsmiləri ilə görüşüb masa arxasında davam etdirilməsini məsləhət gördü. Xalq artisti Flora xanım Kərimova isə "ilk olaraq ABŞ özündə demokratik bir cəmiyyəti qursun , sonra gedib haradasa nə isə danışa bilər" deyərək fikrini tamamladı.

Digər çıxışçılar Roza Əliqızı, Etimad Əsədov, Gülnarə Bağırova, Firudin Məmmədov da bütün çıxışçılarla həmrəy olduqlarını bildiriblər.

SHMQ-dən- 907-ci maddəyə yox deyək! kampaniyası

SHMQ-dən- 907-ci maddəyə yox deyək! kampaniyası
Bu xəbər oxucular tərəfindən 1460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed