30.06.2021 [11:09] - Gündəm, Bildiriş
Dövlət Sosial Müdafiə Fondu namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işçi qəbulu üçün elan etdiyi müsabiqənin müddətini 9 iyul, saat 24:00-dək uzadır. Fondun mətbuat xidmətindən bildirilib ki, test imtahanı iyulun 31-də keçiriləcək.
İyul ayının 5-dən etibarən müraciət vərəqələri araşdırılmış namizədlərdən müvafiq tələblərə uyğun gələnlərə elektron bildirişlərin göndərilməsinə başlanılacaq. E-poçt və ya SMS vasitəsilə bildirişi alan namizədlər həmin billdirişlərdə göstərilən keçid vasitəsilə imtahanda iştiraklarını təsdiq etməlidirlər.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərində yerləşən struktur bölmələrində aşağıdakı istiqamətləri üzrə işçilər tələb olunur: pensiya, sosial müavinətlər və təqaüdlər, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, maliyyə və mühasibatlıq, vətəndaşların yazılı müraciətlərinin araşdırılması.
İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı vasitəsilə e-xidmətlər bölməsində “Dövlət Sosial Müdafiə Fondunun vakansiyalarına müraciət” pəncərəsinə daxil olaraq müraciət edə bilərlər. Onlar işə qəbul üçün müraciət vərəqini nümunəyə uyğun formada doldurub skan etməli, “pdf” fayl formatında yükləyərək təsdiqləməlidirlər. Yalnız ərizəsini (müraciət vərəqini) göstərilən qaydada təsdiq etmiş namizədlərin müraciətlərinə baxılacaq.
Müvafiq istiqamətlər üzrə müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaq və namizədlərə imtahanın keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək. İmtahanda qiymətləndirmə qeyd edilən elektron portalda yerləşdirilmiş ədəbiyyat siyahısına əsasən tərtib edilmiş 100 test tapşırığından ibarət olacaq. İmtahan nəticələri barədə məlumatlar da e-sosial.az saytında yerləşdiriləcək.
Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Onlara müsahibənin keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək, həmçinin DSMF-nin sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində də bu barədə məlumat veriləcək. Namizədlərə mobil telefonla deyil, kompüter vasitəsilə müraciət etmələri tövsiyə olunur.

Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |