Şrift:
Azərbaycanda Qadınların Milli Biznes Gündəliyi platforması yaradılıb
30.06.2021 [11:32] - Gündəm, Sosial
Azərbaycanda ilk dəfə olaraq Qadınların Milli Biznes Gündəliyi (QMBG) platforması yaradılıb.

Bu barədə qərar iyunun 30-da USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunan zirvə görüşündə qəbul olunub.

Tədbirdə qadınların idarəçiliyinə və iqtisadi həyatdakı iştirakına mane olan hüquqi-ictimai baryerlərin azaldılmasına çalışan oxşar fikirli təşkilatların nümayəndələri iştirak ediblər.

QMBG özəl sektor platforması olaraq kommersiya sahəsində qadınların iştirakını artırmaq məqsədilə innovativ siyasət tövsiyələri verəcək.

Çıxış edənlər bildiriblər ki, USAİD-in Özəl Sektorun inkişafı layihəsinin (2019-2024) məqsədi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artırmaq, sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaq, özəl sektorun rəqabətliliyini və biznes xidməti təminatçılarinin potensialını gücləndirmək , eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafına mane olan halları aradan qaldırmaqdır. Qeyd edilib ki, qadınların iqtisadi fəaliyyətinə cəlb olunması layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərdən biridir.

QMBG Azərbaycanda ilk dəfə olaraq qadın sahibkarlığının inkişafını dəstəkləyən və təşviq edən geniş platformadır.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed