30.06.2021 [11:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Görüşdə azərbaycanlı fəallar və azadlığa çıxan məhbuslar İran məhkəmə sisteminin ədalətsizliyinə uğrayan siyasi məhbuslar: Abbas Lisani, Siyamək Mirzayi və Əlirza Fərşini dəstəkləməyin vacibliyini qeyd ediblər.
Xatırladaq ki, Yusif Karinin 2 illik məhkumluq dövrünün bitməsinə 50 gün, Mehrdad Şeyxinin 6 aylıq məhkumluq dövrünün bitməsinə isə 20 gün qalmış iyunun 28-də azadlığa buraxılıb.
Əli Vasiqi isə eyni gündə 50 milyon tümən girov qarşısında bir həftəlik məzuniyyətə buraxılıb.
Qeyd edək ki, Abbas Lisani ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq iyun ayının 12-dən aclıq aksiyasına başlamışdı.
Onunla həmrəyliyini bildirmək üçün eyni tarixdə Ərdəbil həbsxanasında saxlanılan başqa güneyli siyasi məhbuslar Yusif Kari, Mehrdad Şeyxi və Əli Vasiqidə aksiyaya qoşulmuşdular.
Yusif Kari 3 sentyabr 2019-cu ildə saxlanıldıqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Sonradan bu qərar Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilib.
Sentyabrın 20-i 2019-cu ildə həbs olunan Mehrdad Şeyxi Ərdəbil İnqilab Məhkəməsi tərəfindən "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzasına məhkum edilib, sonradan Apellyasiya Məhkəməsi bu qərarı 6 ay həbs cəzası ilə əvəzləyib.
Milli mədəni fəal Mehrdad Şeyxi fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yollanıb.
Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.
O, 2019-cu ilin noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti 6 aya endirib.
Əli Vasiqi qardaşı Rza Vasiqi nilə birlikdə 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.
Saxlanılan zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.
Gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.
1985-ci ildə Ərdəbildə anadan olmuş Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |