Şrift:
Əlirza Fərşi ilə bağlı yenidən BMT-yə müraciət göndərildi
01.07.2021 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cəmiyyət "instaqram" hesabında paylaşılan xəbər görə, siyasi məhbus Əlirza Fərşinin durumu nəzarətdə saxlanılır.

Rejim tərəfindən onun müalicəsinə şərait yaradılmır. Təşkilat bununla bağlı məlumatları son iki gündə yenidən, ikinci dəfə olaraq BMT-yə göndərdiyini bildirib.


Qeyd edək ki, milli fəal iyunun 29-da Tehran şəhərinin "Loğman" xəstəxanasına köçürülüb və bir neçə saat sonra yenidən həbsxanaya qaytarılıb.

Endokrinologiya və Metapolizma şöbəsinin xüsusi klinikasına köçürülən Ərirza Fərşiyə dərman verilib. Ona pəhriz resepti yazılıb. Vəziyyətinin ağırlığı nəzərə alınaraq bir neçə gündən bir eyni xəstəxanada təkrar müayinə olunması tövsiyə edilib.



Əlirza Fərşi diabet xəstəliyinə tutulub və həbsxanada yoxlama və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Milli fəalın görmə qabiliyyəti zəifləyib.

Həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. O, normal qidalanma və müalicə imkanlarından məhrum vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed